Şou-biznes

"Mənim üçün xəyanət normal bir şeydir" - FOTO

6 Fevral 2016 11:22
33 Şərh     Baxış: 22 465
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hələ ailə qurmaq barəsində fikirləşmirəm. Nişanlanmağım barədə yayılan xəbərlər yalandır. Ancaq elə biri qarşıma çıxar ki, onunla evlənə bilərəm. Əvvəl düşünürdüm ki, ailədə əsas sevgidir. Gördüm ki, bu, çox səhv bir istəkdir. Sevərək qurulan ailə tez dağılır. Ailədə əsas hörmətdir. Hörmət olanda inam, güvən olacaq, skandal olmayacaq.

Milli.Az bildirir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında müğənni Ayan Babakişiyeva söyləyib.

Sənətçi bildirib ki, onun üçün xəyanət normal bir şeydir:

"Mənim üçün xəyanət normal bir şeydir. Kişilər xəyanət edər də... Ancaq xəyanət o demək deyil ki, həyat yoldaşın gedib başqa xanımla görüşür. Məsələn, xanımı həyat yoldaşına zəng vurur ki, hardasan? O isə cavabında işdə olduğunu söyləyir. Halbuki, dostlarıyla əylənir (kişi və ya qadın, fərqi yoxdu). Xəyanət balaca yalanlardan başlayır. O balaca yalanlar böyüməyə başlayır. Mən xəyanətə uğramamışam. Yaxın dostlarımdan xəyanət görə bilərəm. Şəxsi həyatımda belə şeylərə rast gəlməmişəm. Hazırda həyatımda heç kəs yoxdur. Şəxsi həyatıma buraxacaq bir insana rast gəlməmişəm. Pulsuz oğlana da ərə gedərəm. Bilərəm ki, o ailədə mən xoşbəxtəm. Ailə pulsuzluqdan dağılmır, bu, yanlış məlumatdır. Brend paltar da, bahalı həyat da gördüm. Belə şeylərdən insan xoşbəxt olmur".

Ayan qızı Selenanın qeyri-adi bir uşaq olduğunu vurğulayıb:

"Selene qeyri-adi uşaqdır. Onu duşdan çıxandan sonra yatızdırmaq istəyirsən. Başlayır ayaqlarını qaldırmağa ki, öp. Ayağını öpə-öpə yatızdırıram. Sevgi və məhəbbət içində böyüyüb. Eqoistliyi yoxdur. Bütün oyuncaqlarını hər kəslə bölüşür".

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.