Şou-biznes

Mətanət: "Mən çox erkən ana olmuşam"

5 Fevral 2016 22:35
428 Şərh     Baxış: 10 942
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az ATV telekanalının aparıcısı Mətanət Əliverdiyevanın atv.az-a müsahibəsini təqdim edir.

Mətanət Əliverdiyeva18 yaşında ana olub. Övladlarını 3 yaşına kimi ana südü ilə bəsləyib. Özü də etiraf edir ki, "Mən anayam" adlı yeni layihənin ərsəyə gəlməsində onun analıq hisslərinin çox böyük rolu olub.

- Bu verilişin məqsədi nəinki xanımlarımızı, ümumilikdə bütün bir ailəni maarifləndirməkdir. Bizim birinci verilişimiz sabah 11:30-da efirə çıxacaq. İlk verilişi hamilə xanımlara həsr etmişik. Hamilə qadınların keçirdiyi psixoloji sarsıntılar haqqında danışacağıq. Bu halda ailənin ona dəstəyindən söhbət açacağıq. Burada söhbət həyat yoldaşından gedir. Bölgələrdə ər adətən həyat yoldaşının hamiləlik dövründə ona dəstək olmur. Bu onların maarifli olmamasından irəli gəlir. Həm də mentalitet tərəfdən baxdıqda, ərin qadına köməiynə, ona diqqət etməsinə yaxşı baxılmır. Ər düşünürki, qadın hamilədirsə, deməli bu artıq mənim problemim deyil, qadının öz işidir. Xeyir. Hamilə qadına bu cür yanaşmaq olmaz. Ona nəinki ər, bütün ailə psixoloji tərəfdən dəstək olmalıdı. Psixoloji sarsıntı qadının uşağı itirməsinə, yaxud travmalı doğulmasına səbəb ola bilər. Bu psixoloji pozgunluq hamiləlikdən sonra da anaya pis təsir göstərə bilər. Bu verilişdə biz faktlara əsasən söhbət açacağıq, xüsusilə çarxlar olacaq.

- Bu layihə sırf tibbi tərəfə yönəlib?

- Biz tək tibbi tərəfdən deyil, hər sahədən insanları maarifləndirməyə çalışacağıq. Peyvəndlərə, dayələrə və sairə bu kimi maraqlı mövzulara toxunacağıq. Materialların üzə çıxmayan tərəflərini qabartmağa çalışacağıq. Bəlkə hardasa gizli məqamlar olub, ancaq ortaya çxmayıb.

- Bu layihə analıq hisslərinizdən meydana gəldi, yoxsa əhalinin maariflənməsinə dəstək olmaq üçün yaradıldı?

- Əslində bölgələrdəki qadınların maariflənməsini nəzərdə tutduq.  İstəyirik ki, rayonlardakı gənc analara, bütöv ailəyə və eləcə də uşaqlar üçün də maraqlı olacaq bir veriliş olsun. Verilişimizdə gedən maarifləndirici  çarxlar insanı düşündürəcək, yaxud hansısa bir addım atmaq istəyən qadını yolundan döndərə bilər. İnsanlar bu sahədə savadlı olmalıdırlar. Savad tək internetdən hansısa bir məlumatı oxumaqla bitmir. İnandırım ki, televiziyanın insaların savadlanmasında  çox böyük köməyi var. Əslində burda böyük bir komanda işləyir. İşin ərsəyə gəlməsində verilişin həm anası, həm də atası olan Bəhruza təşəkkürümü bildirirəm. Bəhruz verilişin prodüseridir. Mən çox erkən ana olmuşam. 16 ildən sonra ikinci uşaq dünyaya gəlib. Bütün bu illər ərzində prosseslərin hamısını keçmişəm. Bəlkə də mənim həyat təcrübəmə görə Bəhruz məni seçib. Mənim iki oğlum var. 3 yaşlarına kimi onlara süd vermişəm. Ancaq bu gün əksər analar fiquralarının pozulmasından qorxurlar. Burda uşağın sağlamlığını düşünmək lazımdır. Həmçinin, uşağa süd vermək bütün onkoloji problemlərin aradan qalxmasına kömək edir.   

- Mətanət xanımın atdığı addımlar uğurlu alınır, ajiotaja səbəb olur. Həmçinin, qısqanclıqla da qarşılanır. Ümumiyyətlə, sizi basqılar qorxutmur ki?

- (Gülür) Yox. Bu sosial verilişdir. Yəni sakit bir tərzdədir. Mən bu verilişi çox xoşladım. Burda özümü tapdım. Ancaq ömür boyu xəbər aparıcısı olmuşam. 20 yaşından xəbər aparıram. Bu pilləni əlimdən buraxmıram. Xəbər mənə digər verilişləri aparmağa kömək edir. Çünki bütün dünyada baş verən prosselərdən xəbərim olur. Burada isə həm bilgim, həm də həyat tərzim mənə kömək oldu. Peyvənd mövzusunun çəkilişində qonağıma rahat-rahat sualları verirdim. Çünki artıq bu sahədə bişmişəm. Qıcıq yaradarsa, kimdə nə yaradırsa, yaratsın. Heç vaxt elə şeylərə əhəmiyyət vermirəm. Elə bir sahədəyəm ki, sabah əlimə süpürgə alıb yer süpürsəm, deyəcəklər ki, ay aman, görəsən Mətanət niyə buranı yaxşı süpürdü. Bu mənə daha da stimul verir. Qoy olsun. İnsandı da, hər kəs özünə görə düşünür. Sevə də bilər, zəhləsi də gedə bilər. "Qız atası" serialında baxmayaraq ki, hay-küy qoparıram, hirslənirəm, ancaq hamı bu obrazı çox istəyir. Bu verilişim sakit tərzdə olsa da, sakit dura bilməyəcəm, atmacam filan olacaq. Çünki mən quru insan deyiləm. Bir neçə veriliş çəkmişik. Qonaqlarım özlərini rahat hiss etsələr də, mən sakit dayana bilmərəm (gülür). Tamaçılar sabah bizi gözləsinlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.