Şou-biznes

Müğənni biznesindən danışdı: "Bunun devalvasiyaya heç bir aidiyyəti yoxdur"

5 Fevral 2016 18:03
12 Şərh     Baxış: 3 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İmkan dairəsində özümə şərait yaradıram. Əgər çatdırıramsa, niyə də biznes qurmayım ki?

Bu sözləri axşam.az-a açıqlamasında müğənni Rüfət Axundov deyib. O, yeni qurduğu restoran biznesindən danışıb:

"Bundan əvvəl də bizneslərim olub. Arasında restoran işi də var idi. Hazırda işim çox yaxşı gedir. Şikayətlənə bilmərəm".

R.Axundov həmkarlarının toyların zəifləməsindən şikayətlənmələrinə də münasibət bildirib:

"18 ildir toy biznesindəyəm. Təcrübəmə əsaslanaraq deyim ki, qış aylarında toy zəif olur. Bunun devalvasiyaya heç bir aidiyyəti yoxdur. Hamı isti havada, meyvə-tərəvəzin bol olduğu mövsümdə toy etmək istəyir. Mənim toyların azlığından şikayətim yoxdur. Hər şeyimi toydan qazandıqlarımla əldə etmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.