Şou-biznes

Kənan Röyadan ayrılmağından danışdı - YENİLƏNİB

5 Fevral 2016 11:08
9 Şərh     Baxış: 9 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

11:08

Əməkdar artist Röya Ayxanın prodüseri Kənan Bayramovla yollarını ayırması barədə xəbərlər yayılıb. Buna səbəb kimi prodüserin maliyyə məsələlərində Röyanı aldatması deyilir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, açıqlama verən Kənan Bayramov xəbəri təkzib edib:
 
"Röya ilə mənim aramda heç vaxt maliyyə məsələləri ilə bağlı narazılıq ola bilməz. Mən 8 ildir ki, onunla çalışıram və bu günə qədər belə bir problemlə qarşılaşmamışıq. Bizim münasibətlərimiz puldan daha önəmlidir. İkincisinə qalanda, əgər biz Röya ilə iş birliyinə son qoyarıqsa, bunu özümüz elan edərik. Elan etməmişiksə, deməli, yalan xəbərdir. Boş söhbətdir".
 
Bəlkə, Röya ilə Kənan arasında hər hansı bir inciklik yaşanıb deyə, ayrılmaları ilə bağlı xəbərlər yayılıb...
 
Prodüserin cavabı belə olub:
 
"Ailədə əziz adamlarınla da inciklik, söz-söhbət olur. Təbii ki, iş prosesində bizim də aramızda inciklik ola bilər. Burada nə var ki?"

----------

10:04

Əməkdar artist Röya Ayxan prodüseri Kənan Bayramovla yollarını ayırıb.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, buna səbəb Kənanla Röyanın arasındakı maliyyə məsələləri olub. Mənbə iddia edib ki, yaxın ətrafı bir neçə dəfə Röyaya Kənanın maliyyə məsələlərində onu aldatdığını desə də, sənətçi buna inanmırmış. Lakin ötən ilin avqustundakı konsertdə sənətçi ilə prodüser arasında maliyyə məsələləri ilə bağlı yenidən narazılıq yaranıb. Bütün bu narazılıqlar isə Röyanın Kənanı işindən uzaqlaşdırması ilə nəticələnib.

Qeyd edək ki, dünən K.Bayramovun daha bir müğənni ilə olan iş birliyi bitib. Belə ki, müğənni Fuad Musayev prodüserlə işləməkdən imtina edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.