Şou-biznes

Mirkamil: "Qızlar ailə qurmazdan əvvəl soruşurlar ki, "Evdə "wifi" var?""

4 Fevral 2016 13:10
83 Şərh     Baxış: 6 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mirkamil Kamilov qız-oğlan dostluğundan danışıb. 

Axşam.az-ın məlumatına görə, sənətçi "Yeri gəlmişkən" verilişində bunun ailədə qısqanclıq yaratdığını bildirib:

"Mənim üçün dostluq yoxdur. Amma saflıq var. Hansısa bir ailədə kişi xanımına "Mən gedirəm qız dostlarımla çay içməyə" sözünü deyə bilməz. Heç kişi də qadının oğlan dostlarını qəbul etməz. İstər-istəməz arada qısqanclıq yaranacaq. İndiki xanımlar ailə qurmazdan əvvəl oğlandan soruşurlar ki, "Evdə "wifi" var?" 

Analar qızlarına başa salmalıdırlar ki, "WhatsApp" bir kənara qalmalı, bəyinə qulluq etməlisən. Övladlarına iş başa salsınlar. Qızlar paltarı düzgün ütüləməyi də bilmirlər. Ağıllı xanım bəyi dərk etməlidir. Kişi doymalıdır. Evə girəndə qarşısına çay, yemək qoy, sonra sözünü de. Bunlar olmayanda ailədə problemlər yaranır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.