Şou-biznes

Ramiz Novruzdan qızının "erməni stilist" qalmaqalı haqda AÇIQLAMA

3 Fevral 2016 14:25
51 Şərh     Baxış: 9 330
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Stilist Anar Ağakişiyev həmkarı, xalq artisti Ramiz Novruzun qızı Şəfəqin ermənilərdən oğurluq etdiyini iddia edib. 

"Adını stilist qoyub, camaata dərs deyir. Halbuki, onun özünə dərs deyən lazımdır. Öz fantaziyası olmayıb, ermənilərin ideyasını oğurlayır. Hələ bu azmış kimi, ermənini (stilist Georgi Kot - red.) apreldə dərs demək və pul qazandırmaq üçün Azərbaycana dəvət edir. Onun anası və arvadı ermənidir. Müvafiq orqanlar hara baxır? Bizim ortaq dostumuz ona ermənilərin ideyasını oğurladığını deyib. Şəfəq isə qayıdıb ki, "nə olsun?". İnsan öz tarixinə nə qədər laqeyd ola bilər? Atasının fəxri adı arxasında gizlənir. Deyir ki, guya ideyanı ona atası verib. Bununla kimi susduracaq?" - deyə A.Ağakişiyev Şəfəqi ittiham edib.

Milli.Az bildirir ki, xalq artisti Ramiz Novruz aznews.az-a açıqlama verərək məsələyə aydınlıq gətirib. Bildirib ki, qızına ideya verməsi ilə bağlı ittihamların heç bir əsası yoxdur: "Yalandır. Mən bu günə kimi qızım Şəfəqin yaradıcılıq yolunda ona dəstək olmamışam, kömək etməmişəm. Mən onun əvəzindən gedib saç, gəlin bəzəyirəm? Onun elə bir günü yoxdur ki, gəlin bəzəyi olmasın. Mənimlə Şəfəqin arasında bu işlə bağlı əlaqə yoxdur". 

R.Novruz qızının erməni stilistlə tanış olmamışdan əvvəl bu işdə peşəkarlaşdığını vurğulayıb: "Şəfəq bu ilin yayında Soçidə keçirilən konfransa dəvət almışdı. Stilist Georgi Kotla həmin konfransda görüşüb. Lakin axı Şəfəq 15 ildir ki, bu işlə məşğuldur. Əgər o, bu sənəti ermənidən oğurlayıbsa, bəs 15 il hansı peşənin sahibi olub? Qızım gözəllik salonu açıb, qısa müddət ərzində insanların marağını çəkib. İndi də onlarla tələbə Şəfəqdən dərs almaq üçün müraciətlər edir. Bu isə əlbəttə ki, həmkarlarının xoşuna gəlmir. Paxıllıqları tutur. Ona görə də bu tipli məlumatlar yayırlar".

Aktyor qızı tərəfindən erməni stilistin Azərbaycana dəvət olunmasına da aydınlıq gətirib: "Şəfəq onu Azərbaycana dəvət etmişdi. Lakin mən bu söhbəti eşidəndə Şəfəqə qarşı çıxdım, dedim ki, lazım deyil, qoy gəlməsin. Əgər Azərbaycan cəmiyyəti yarı bolqar, yarı erməni olan stilisti istəmirsə, biz də qəbul etmirik. Həmin söhbət də bununla bağlanıb". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.