Şou-biznes

Adriana Lima: "Modellərin həyatı daha çətindir" - FOTO

3 Fevral 2016 16:17
4 Şərh     Baxış: 2 706
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Victoria&Secret"in məşhur modeli Adriana Lima şəxsi İnstaqram səhifəsindən model həyatının çətinliklərindən yazıb.

Milli.Az top modelin yazdıqlarını təqdim edir: 

"Bu şikayət deyil, sadəcə, həyatımdan kiçik bir hissəni sizinlə paylaşmaq istəyirəm. Hərdən insanlar düşünürlər ki, biz modellərin həyatı çox asandır. İnanın, bu doğru deyil, bizlərin həyatı başqalarına nisbətən daha çətindir, daha çox işləyirik. Məsələn, bu gün 10 saat işləmişəm, özü də soyuq havada, öskürək dayanmadan və başağrısı ilə.

Bütün bunlar mənim sevdiyim işi görməyimə mane olmadı. İşlərim qurtardı, 2 qızımı görmək üçün hava limanına getdim ki, evimə qayıdım. Hava limanına çatanda məlum oldu ki, uçuş 3 saat təxirə salınıb. Saat 2-də evimə çatdım. Çox şadam ki, buradayam. İstədim ki, model həyatının çətin tərəfini göstərim və mən tək deyiləm. Ümid edirəm ki,  fikirlərim səhv anlaşılmayacaq. Hamınızı sevirəm".

Əfqanə 
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.