Şou-biznes

Elarizdən Manafa cavab: "Savadsızlıqdan, müasir olmamaqdan irəli gəlir" - VİDEO - FOTO

2 Fevral 2016 18:11
17 Şərh     Baxış: 7 057
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Elariz Məmmədoğlu Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar verib.

"Oğluma sosial şəbəkələrdə şəkillərini paylaşan qız almaram" deyən Manaf Ağayevə həmkarı Elariz Məmmədoğludan cavab gəldi.

Elariz Məmmədoğlu bunları söyləyib: "Mən səmimi danışdığıma görə, bəzilərinin xətrinə dəyə bilərəm. Bəzən savadsızlıqdan, bilməyərəkdən, müasir olmadıqlarına görə müəyyən şeyləri ayıb sayırlar. Birincisi, "Feysbuk", "Vatsap" - bunlar müasir günün tələbləridir. Hansısa qızın "Feysbuk"da səhifəsi varsa, bu, tərbiyəsizlik demək deyil. Həmin qız orada öz qohum-əqrabası ilə dostlaşır, yazışırsa, bunda yenə də tərbiyəsizlik yoxdur. Yox, qız kimə gəldi dostluq göndərir, onunla-bununla yazışırsa, hər cür şəkillərini paylaşırsa, onda mən Manafla razılaşaram. Mən müasirəm, bu işləri bilirəm, görürəm ki, burada heç bir tərbiyəsizlik yoxdur".

İfaçı maraqlı fikirlərini də bölüşüb: "Mən həyatda bir şeyi bilirəm. Kişi səhv edə bilər, bağışlanar, qadın səhv edə bilməz. Bizim Azərbaycan qadınlarının əksəriyyəti də səhv etmirlər. Çünki qadınlarımızı uşaq vaxtı tərbiyə verəndə onu öyrədirlər ki, insan üçün birinci namusdur".

Tanınmış sənətçi oğlu üçün necə gəlin istədiyini də açıqlayıb: "Müasir olsun, müsəlman olsun, namuslu olsun".

Müğənni özündənrazı sənətçilər haqda danışıb: "Bir dəfə Bulvarda gəzirdim, bir qız yaxınlaşıb dedi ki, Elariz müəllim, niyə təksiniz? Yəni, demək istədi ki, mütləq müğənnilərin yanında cangüdənlər olmalıdır, prodüser olmalıdır. Elə bil ki, sən sadə görünəndə, gözdən düşürsən. Bəzən müğənni məcburən özünü dartmalı, yuxarıdan aparmalı olur, çünki fanatlar belə istəyirlər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Elarizdən Manafa cavab:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.