Şou-biznes

İlhamə Quliyevanın oğlu: "O mənə şər-böhtan atır"

2 Fevral 2016 15:04
78 Şərh     Baxış: 12 979
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"O mənə şər-böhtan atır. Amma mən və bizim ailəmiz ona qanuni şəkildə cavab verəcəyik". 

Milli.Az-ın lent.az-a istinadən məlumatına görə, bu sözləri xalq artisti İlhamə Quilyevanın oğlu Orxan Nadirov anasının keçmiş köməkçisi Mehriban Hüseynovanın ittihamlarına cavab verərkən deyib. O.Nadirov deyib ki, M. Hüseynova dəfələrlə ona şər-böhtan atıb: 

"Bunun bir adı var: böhtan və şər. Aydın məsələdir ki, bu adam həbsdədirsə, özünü müdafiə etməlidir. Bu da özünü müdafiə etmək istəyir. Amma bir şeyi nəzərə almır ki, şərəf və ləyaqətimin təhqir olunmasına, işgüzar nüfuza xələl gətirdiyinə görə təkrarən onun barəsində iddia qaldıra bilərəm. Qaldı ki, anamla aramızda söz-söhbətin olmasına, hər bir ailədə problemlər ola bilər. Heç kim deyə bilməz ki, problem yaşamırıq. Əgər hansısa bir ailədə söz-söhbət olmursa, demək ki, o, ailə deyil və yaxud da natamamlıq var. Anamla küsülü də oluruq, barışırıq da. Bu, normal haldır. Amma bunu qabardıb, hansısa formada yazmaq isə düzgün deyildi. Ağılsızlıq idi. O qadın bir çox ittihamlar irəli sürür. Qoy danışsın, biz cavabımızı verəcəyik".
 
Qeyd edək ki, xalq artistinin keçmiş köməkçisi M.Hüseynova musavat.com-a ünvanladığı məktubda O.Nadirov barəsində də ittihamlar səsləndirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.