Şou-biznes

Gülyanaq: "Aramızı vurmaq istəyiblər"

2 Fevral 2016 12:35
7 Şərh     Baxış: 2 845
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Gülyanaq Məmmədova bacısı, xalq artisti Gülyazdan danışıb. O, Milli.Az-a açıqlamasında bacısı ilə münasibətləri haqda bildirib.

"Gülyazla həmişə münasibətim yaxşı olub, əgər anlaşılmayan bir məsələ olubsa, buna hər ikimiz aydınlıq gətirmişik. Bəlkə də aramızı vurmaq istəyiblər, amma alınmayıb. Bütün bacılarımla münasibətim yaxşıdır. Ən çox elə Gülyazla küsüb-barışıram. İndiyə kimi bir gündən artıq küsülü qalmamışıq. Daha çox hansısa məsələ üzərində fikir bildirərkən müzakirəyə səbəb olub", - deyə müğənni bildirib.

Əli Rəhimoğlu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.