Şou-biznes

Xoşqədəmin gizlətdiyi xəbərdən Doğuş ağızdolusu danışdı

1 Fevral 2016 16:26
50 Şərh     Baxış: 11 549
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı uşaqlarını Türkiyədə dünyaya gətirəcək 

Bir müddətdir ekranlardan uzaq düşən türkiyəli müğənni Doğuş Türkiyə mətbuatına verdiyi müsahibələrindən birində ailəsi il bağlı maraqlı məqamları açıqlayıb.
 
Müsahibəsində ata olmaq sevincini xüsusi ifadə edən Doğuş həyat yoldaşı Xoşqədəm Baxşəliyeva ilə birgə əkiz övlad gözlədiklərini açıqlayıb: "Əkiz oğlanlarımız olacaq. 41 yaşındayam və ata olacağımı eşidəndə ayaqlarım yerdən kəsildi sanki.  Gözlərimdən sevinc göz yaşları fışqırdı. Keçmişdə də münasibətlərim olub, ancaq Rəbbim bu evlilikdə övlad nəsib etdi".
 
Doğuş xanımı, azərbaycanlı aparıcı X.Baxışəliyevanın işi ilə bağlı Azərbaycanda, özünün isə çox  vaxt Türkiyədə olmasının onlara çətinlik  yaratdığını dilə gətirib: "Buna görə həyat yoldaşımın Türkiyədə iş qurmasını istəyirəm. Uşaqlarım da Türkiyədə doğulmalıdırlar".
 
Özünü "vətən aşiqi" adlandıran türkiyəli ifaçı buna görə uşaqlarının məhz Türkiyədə, doğma vətənində doğulmasını istədiyini açıqlayıb: "Xanımım uşaqların ABŞ-da doğulmasını istəyir, amma mən də deyirəm ki, mən millətçiyəm və uşaqlarım Türkiyədə doğulacaqlar".
 
Ata olacaq ifaçı hətta gələcəkdə təşkil edəcəyi konsertlərdən birində əkizləri ilə birgə səhnəyə çıxmaq niyyətində olduğunu da dilə gətirib: "Hər ikisini də çiynimə alıb, səhnədə mahnı ifa edəcəyəm".  

Lent.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.