Şou-biznes

Miri Yusif məhkəmədə türk müğənniyə qalib gəldi - FOTO

1 Fevral 2016 15:54
6 Şərh     Baxış: 4 924
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Funda Ararla azərbaycanlı ifaçı Miri Yusif arasındakı məhkəmə prosesi başa çatıb. 

Axşam.az-ın məlumatına görə, Miri Yusif məhkəmədə qalib gəlib.

Fundanın yeni albomuna daxil etdiyi və klip çəkdirdiyi "Bağışla" adlı mahnıda müəllifin adını qeyd etməməsi Miri Yusifi özündən çıxarmışdı. Müğənni müəllif hüququnun tapdalandığını bildirərək, məhkəməyə müraciət etmişdi. 

Miri Yusifin prodüseri Emin Əfəndi başa çatan məhkəmə ilə bağlı bunları qeyd edib:

"Oğurluq və başqa xoşagəlməz halların müddəti məlum bir zaman təşkil edir. Bəlkə də dünyada baş verən müəyyən proseslərlə əlaqədar bu müddət bir qədər yubandı. Hər pis əməlin üstü açılır. Türkiyə Müəllif Hüquqları təsdiq etdi: türkiyəli müğənni Funda Ararın 2015-ci ildə oxuduğu "Bağışla" Miri Yusifin 2009-cu ildə ifa etdiyi "Bağışla" mahnısının tam təkrarıdır".

Qeyd edək ki, daha öncə Miri Yusifin ifasında səslənən mahnını səsləndirmək üçün Funda Arar MC Muraddan icazə aldığını söyləmişdi. MC Murad M.Yusifin dəfələrlə onun müəllif hüquqlarını pozduğunu və bəstələrində müəllif kimi özünü qeyd etdiyini vurğulamışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.