Şou-biznes

Hacı Nuran: "Mənim ad günüm heç vaxt təmtəraqlı keçməyib"

31 Yanvar 2016 20:22
59 Şərh     Baxış: 6 064
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyada xərçəng xəstəliyindən müalicə alan teleaparıcı Hacı Nuranın doğum günüdür.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aparıcı özəl günü ilə bağlı sosial şəbəkədə duyğusal ismarış yazıb:

"Əslində, mənim ad günüm heç vaxt təmtəraqlı keçməyib. Ya xəstəxanalarda olmuşam, ya uşaq evlərində, ya da çəkilişdə... Bu, mənim üçün ən gözəl ad günü oldu...

Özüm qürbət ölkədə, ürəyim vətəndə, gözlərim qapıda, ümidim göylərdə... Yenə də ad günü, yenə də palata və mən... Ölkəmin, xalqımın salamat və sabitliyi mənə bəsdir. Hamımıza ölkə rəhbərimizlə bir olub, firavan həyat arzu edirəm. Son vaxtlar bütün dünyada qeyri-sabit vəziyyət yaranıb, bəzi insanlar Allaha ümidlərini üzüb, özlərini maliyyə qurbanı eləyiblər. İnanın, həyat neft barreli, məzənnə ilə tərəziyə gəlmir.

İqtisadi sarsıntı həyatla mübarizədə gülməli görünür. Həyatı, insanları sevin. Hamıya isti sevgimdən qığılcımlar göndərirəm. Hələ ad günümə 24 saat qalmış Almaniyadakı telefon nömrəmə, sosial səhifələrimə 10 mindən çox ismarış, video və audio təbrik gəlib. Hamıya cavab verə bilməsəm də, hər kəsə dərin minnətdarlığımı bildirirəm".
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.