Şou-biznes

Əməkdar artist Xatunu hədələdi: "Əlimdə sübut var" - VİDEO

30 Yanvar 2016 22:09
57 Şərh     Baxış: 12 952
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Elza Seyidcahan müğənni Xatun Əliyevaya xəbərdarlıq edib.  

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni "Star life" verilişində Xatuna onu parodiya etməyi qadağa qoyduğunu bildirib:

"Bəribaşdan deyirəm ki, qadağa qoyuram. Məni peşəkar aktyorlar parodiya edə bilər. Hətta bir ara aktyorlara da qadağan etmişdim. Hər kəs öz yerini bilməlidir. Bu sənətdə aktyorluğu bacaranlar çoxdur. Heyif ki, çoxları müğənniliyi bacarmırlar. Amma pula görə bu sənətə gəliblər. Xatunun etdiyi isə parodiya yox, karikaturadır. Ələ salmağa qalsa, elə biabırçı vəziyyətdə edərik ki... Əlimdə sübut da var. Ətrafda parodiya ediləcək adam çoxdur, getsin onlarla məşğul olsun. Mən reklam üçün bu gün dalaşıb, sabah barışıb, şou yaradanlardan deyiləm. Yaltaqlıq edib, kimlərəsə hədiyyələr verənlərdən deyiləm. Hər kəs yerini bilməlidir. Allahdan başqa heç kimdən qorxmuram. Təhqir edən, təhqir olunacaq".

Qeyd edək ki, X.Əliyeva açıqlamasında E.Seyidcahanı parodiya edəcəyini və bunun üçün onun şeirlərini əzbərləməyə başladığını demişdi.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.