Şou-biznes

"O müğənniyə aşiq idim, amma öyrəndim ki..."

28 Yanvar 2016 16:38
9 Şərh     Baxış: 6 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni və bəstəkar Ceyhun Əliyev şou biznesdə üç - gözəl, dəbli və reytinqli - müğənninin adını çəkib.

Milli.Az xəbər verir ki, bəlli olub ki, gülüşü, üzünün nuru, geyimi, fakturası ilə Nura Suri Ceyhunu valeh edib.

"Nura, doğrudan da, cazibədar xanımdır. Onun nazı, qəmzəsi, gülüşü, tərzi bir-birini tamamlayır. Reytinqli xanıma gəlincə, düşünmədən Röyanın adının çəkə bilərəm. Röyanın mahnı seçiminə söz ola bilməz. Neçə il əziyyətdən sonra fəxri ada layiq görüldü. Xarici səhnələrə can atır. Mənim üçün gözəl xanım Aygün Kazımovadır. Kim nə deyir-desin, Aygün xanım bir dənədir, onu kimsə əvəz edə bilməz".

Mövzunun ardınca Ceyhun Əliyev bir məsələyə toxundu. Bunu ilk dəfə bəlli edən sənətçi bunları danışdı:

"Subay vaxtlarımda şou-biznesdən olan xanımlardan birinə vurulmuşdum. Söhbət 2005-ci ildən gedir. İndi də həmin xanım sənətindədir. Sonradan biləndə ki bu xanımın şəxsi həyatı xoşagəlməzdir, ondan uzaqlaşdım. Bu ifadəni hər müğənniyə şamil etmirəm. Halal zəhməti, alnının təri ilə pul qazanan nə qədər xanım sənətçimiz var. Amma hörmət naminə adını çəkmək istəmədiyim həmin xanımın şəxsi həyatı məni açmadı, bəzi məqamları biləndən sonra ondan uzaqlaşdım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.