Şou-biznes

"Mən heç vaxt ondan küsməmişəm"

27 Yanvar 2016 19:57
4 Şərh     Baxış: 2 453
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Abbas Bağırov 15 illik dostu, müğənni Nazim Məmmədovun "Abbasla salamlaşmırıq" açıqlamasından danışıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, açıqlama verən Abbas Bağırov bildirib ki, onların küsməsi ilə bağlı yayılan məlumatlar yalandır. 

"Dünən Nazimlə bir yerdə oturmuşuq, münasibətlərimiz çox yaxşıdır. Mən heç vaxt ondan küsməmişəm. Mənim Nazimlə münasibətim yaxşıdır".

Xatırladaq ki, müğənni Nazim Məmmədov "ATV maqazin onlarla" verilişində bildirib ki, 15 illik dostu Abbas Bağırovla danışmır. Abbas onun xətrinə dəyib, ona görə də münasibətləri pozulub. 

"Hazırda salamlaşmırıq Abbasla. Münasibətlərimiz sıfır dərəcəsindədir. Etdiklərimizi tərəziyə qoyanda yaxşı şeylər daha çox olub. Onun tərəzisinin gözü işləmir. Ona görə də salam vermir. O elə hesab edir ki, məndən yaşda böyükdür və mən ona salam verməliyəm. Amma xeyr. Mən ondan küsmüşəm. Abbasla işbirliyimiz də uğurlu olub. İki günlük konsertində onunla çiyin-çiyinə işləmişik. Bizim valideynlərimiz də dostdur. Biz gərək bir olaq. Röya və Abbasla 15 ilin dostlarıyıq, amma indi aramız yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.