Şou-biznes

Ötən il cərrah bıçağı ilə gözəlləşənlərimiz: "Qızım məni tanımır"

16 Yanvar 2016 17:13
207 Şərh     Baxış: 10 129
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sənət aləminin tanınmış simaları ötən il plastik əməliyyatları ilə də yadda qalıblar. 

Axşam.az-ın məlumatına görə, "Star life" verilişi plastik əməliyyat etdirən müğənnilər arasında sorğu aparıb. Həmin sorğunu təqdim edirik:

Müğənni Günel Ələkbərova 2014-cü ildə dodaqlarındakı silikonları çıxartdırmaq üçün əməliyyat masasına uzanıb. Ötən il isə ifaçı burnunda plastik əməliyyat etdirib. 

Müğənni Xatun Əliyeva da burun əməliyyatı etdirib. O, gələcəkdə yenidən əməliyyat masasına oturacağını deyib:

"Əməliyyatdan sonra anam deyir ki, "Ölürsən özünü bıçaq altına salmaqdan ötrü". Sonra deyir ki, 2 il keçsin, yenə etdir. Deyirlər, Xatun qabırğalarını çıxartdırıb. Yalandır... Ümumiyyətlə, Azərbaycanda heç kim bu əməliyyatı etdirməyib. Gələcəkdə də əməliyyatlar etdirəcəm. Yaşa dolduqca problemlər yaranır".

Müğənni Rahidə Baxışova da burnunda plastik əməliyyat etdirən tanınmışlardandır. 

Burun əməliyyatı etdirən müğənni Ayan Babakişiyeva da kompleksindən xilas olduğunu bildirib:

"Yeni burun, yeni həyat başlayıb. Bu dərəcədə uğurlu əməliyyat gözləmirdim. Əvvəl çox kompleksim 
var idi. İndi rahatam. Qızım ilk görəndə təəccübləndi. İndi də hərdən üzümə baxanda məni tanımır".

Müğənni Samir Cavadzadə də burnunda plastik əməliyyat etdirən məşhurlandandır. 

Ötən il əməkdar artist Röya Ayxan da üçüncü dəfə burun əməliyyatı etdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.