Şou-biznes

Röya "əməkdar artist" olmasından danışdı

31 Dekabr 2015 16:42
24 Şərh     Baxış: 6 424
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ölkə başçısı İlham Əliyevin mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncamına əsasən, "əməkdar artist" adını alan Röya Ayxan təəssüratlarını bölüşüb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, müğənni onu təbrik edənlərə təşəkkür bildirib:

"İçimdəki xoşbəxtliyi, sevinci, fəxr hissini və sevgini hansı sözlərlə ifadə edim bilmirəm. Bircə onu bilirəm ki, hansı pillədə olsam da, sizə olan sevgim tükənməzdir. Məni bu zirvəyə layiq görən ölkə başçımız cənab İlham Əliyevə sonsuz minnətdaram. Qarşınızda baş əyirəm.

Amma sizin də münasibətinizi, sevginizi unutmaram. Bu isti qucağınıza, mənə görə sevinən ürəyinizə təşəkkür edirəm.  Əzizlərimə, dostlarıma, komandama  və əlbəttə məni təbrik edən hər kəsə hörmət, ehtiram bildirirəm. Var olun... Sevimli xalqımızı isə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətiylə təbrik edirəm, bağrıma basıram. Yaşasın Azərbaycanım!"
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.