Şou-biznes

Gəlin köçməyə hazırlaşan Pərvin Abıyeva evini göstərdi - VİDEO

29 Dekabr 2015 12:51
11 Şərh     Baxış: 24 425
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pərvin Abıyeva yeni ildə ailə həyatı quracaq. Dəqiq tarix bəlli olmasa da, 2016-cı ildə toyun baş tutacağı ailələr tərəfindən təsdiqlənib.

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, evinin qapısını "Hər şey daxil" verilişinin heyəti üçün açan aktrisa bu barədə danışıb:

"Toy gələn il mütləq olacaq. Bunu gizlətməyə dəyməz, çünki hamının biləcəyi bir şeydir. Toy mediaya açıq olacaq". 

Aktrisa evi və yaradıcılığı haqqında danışıb:

"Öz səxsi evimdir və bütün dizayn mənə aiddir. Yaradıcılığıma gəlincə, İstanbulda serialla bağlı təklif almışam. Serial Türkiyə dövləti tərəfindən sifariş olunan bir işdir. Türk qadınını canlandırmaq təklif olunub. Danışıqlar gedir. Müqavilə 3-4 illik ola bilər. Ona görə də qəti qərar verə bilmirəm. Qeyd etdiyim kimi, qarşıda ailə həyatı qurmaq məsuliyyəti var. Nişanlım hər nə qədər də desə işləmə, mənim elə xarakterim var ki, uşaqlıqdan zəhmətkeşliyə öyrənmişəm. "Köməklik edəcəm" kimi fikirlərı qəbul etmirəm. Biz əvvəl dost olmuşuq. 4 ilin sevgisidir, itirməkdən qorxu hissi var. Çalışdığı qədər istəklərimə yox demir".

Pərvin dostluqdan da danışdı:

"Gənc aktrisalarla münasibətim yaxşıdır. Amma son vaxtlar bəziləri mənə qarşı əks müsahibələr verirlər. Hətta bir-ikisi ilə əvvəldən gətirməyib. Məni özlərinə düşmən və rəqib görürlər. Amma görməsələr, yaxşıdır, batarlar".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəlin köçməyə hazırlaşan Pərvin Abıyeva evini göstərdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.