Şou-biznes

Rafetin Bakı konserti təxirə düşdü - dollara görə

28 Dekabr 2015 10:14
1 Şərh     Baxış: 1 593
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəli müğənni Rafet El Romanın Bakı konserti təxirə düşüb. 

Milli.Az xəbər verir ki, bu haqda axşam.az-a açıqlamasında gecənin təşkilatçısı Nahid Emiloğlu deyib. O, bunun səbəbinin dolların devalvasiyası olduğunu deyib:

"Xaricdən gələn müğənninin qonorarı dollarla ödənilir. Son günlər dolların məzənnəsinin yüksəlməsi işimizdə çətinlik yaratdı. Rafetin istədiyi qonorarı ödəyə bilmərik. Ona görə də konsert təxirə düşdü".

Qeyd edək ki, Rafet El Romanın konserti dekabrın 29-da Bakı Əyləncə Mərkəzində baş tutacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.