Şou-biznes

Nura: "Utanırıq ki, masaya yemək, çay qoyulacaq"

27 Dekabr 2015 14:28
71 Şərh     Baxış: 7 069
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Nura Suri Vergilər Nazirliyinin şou-biznes üzvlərini silkələməsi, eyni zamanda dolların məzənnəsinin yüksəlməsi ilə bağlı yaranan böhranlı vəziyyətdən danışıb.

Milli.Az big.az-a istinadən xəbər verir ki, Nura Suri yaxınlarına üzünü tutaraq deyib ki, bundan sonra pulsuz tədbirlərdə iştirak etməyəcək.
Müğənninin sosial şəbəkədə paylaşdığı fikirlərini təqdim edirik:

"Dostlar, heç kəs inciməsin bizdən. Bundan sonra pulsuz tədbirlərə gəlib oxuya bilməyəcəyik. Toy, ad günü, tədbir və s. - fərqi yoxdur. Çünki vergiyə sübut edə bilməyəcəyik ki, dost tədbirinə pulsuz gəlmişik. Xeyriyyə konsertlərinə də qorxa-qorxa gedirik. Qəribə zəmanədə yaşayırıq. Robotlaşma gedir insanlarda. Bir sözə, xahişə iş həll etmək qeyri-mümkün olub. Bir-birimizin evinə zəngsiz getmirik artıq. Utanırıq ki, masaya yemək, çay qoyulacaq. Birdən imkanı çatmaz. Bundan sonra toylara və ad günlərinə yalnız yaxın adamları dəvət edəcəyik. Dostlara belə qıymayacağıq hədiyyəni. Allah özü kömək olsun! Nə bilim, vallah. Çox söz yazmaq istəyirəm, amma nə dəyişəcək?"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.