Şou-biznes

Azərbaycan gözəli: "İşıqda sevişə bilmirəm" - FOTO

1 Dekabr 2015 13:27
54 Şərh     Baxış: 27 999
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Miss Azerbaijan" yarışının üçüncüsü Əfsanə Qasımova sualları cavablayıb.

Ona ünvanladığımız hər bir sualı tərəddüd etmədən və tam səmimi cavablandıran model-aktrisa, deyəsən, sözün əsl mənasında, adı kimi əfsanəyə çevrilmək istəyir.
Milli.Az big.az-a istinadən müsahibəni sizə təqdim edir. 

- Əfsanə xanım, artıq uzun müddətdir ki, model olaraq fəaliyyət göstərirsiniz. Hər dəfə podiumda addım atdıqca nə düşünürsünüz?

- Özümlə fəxr edirəm. Düşünürəm ki, nə yaxşı, bu peşədəyəm.

- Bu qədərmi sevirsiniz öz peşənizi?

- Bəli, çox sevirəm. Sənətimə bağlıyam. 

- Sizi sənətə gəlməyə vadar edən, yaxud da sizi modelliyə belə bağlayan hansı amildir ki?

- Mən bu peşəyə sırf kimlərinsə acığına gəlmişəm. Qarşıma məqsəd qoymuşam, həmin insanları bir gün peşman edəcəyimi özümə söz vermişəm.

- Sözünüzün üstündə dura bilirsinizmi?

- Şükür Allaha, hələ ki, yaxşı gedir (gülür).

- Özünüzü daha çox gözəl hesab edirsiniz, yoxsa yaraşıqlı?

- Vallah, mən nə deyə bilərəm? Bunu kənardan baxanlar daha yaxşı bilər.

- Ümumiyyətlə, kişi olasaydınız, Əfsanənin nəyinə tamah salardınız?

- Gözlərinə.

- İndi modellərin əksəriyyəti bir gecəlik kimlərinsə "qonağ"ı olur... Model adı sanki "damğa"lanıb. Bu amillərə görə, sizə də fahişə adı "yapışdıran" olub?

- Üzümə deməyə heç kimin cəsarəti çatmayıb. Amma ola bilsin ki, arxamca çox sözlər deyiblər, iftiralar atıblar. 

- Ailəlisiniz?

- Xeyr, nişanlı olmuşam, ayrılmışam.

- Səbəb nə idi ki?

- Səbəblər hər ikimizdə var idi. Alınmadı...

- İndi həyatınızda kimsə var?

- Var. Mənin inanmağım gəlməzdi ki, mən bir daha kimisə sevə bilərəm, kimsə məni təəccübləndirər. İndi həyatımda olan insanı çox sevirəm. Dörd aydır ki, bir yerdəyik, ona çox öyrəşmişəm, o da mənə. 

- Bir qadın olaraq intim həyatın dadını tam çıxarda bilmisinizmi?

- Bəli, çıxartmışam. 

- Bədəninizin hansı hissəsinin öpüşlərə qərq edilməsini istəyirsiniz?

- Boynumu...

- Erotika, yoxsa seks?

- Mənim üçün erotika daha yaxşıdır. Qaranlıqda seksi sevirəm.

- "Miss Azerbaijan" müsabiqəsinin qalibi ola biləcəyiniz deyilirdi. Hətta namizədlər sırasında birinci olaraq göstərilirdiniz, amma ədalətsizliyə uğradınız. Nə baş verdi?

- Əslində o barədə danışmaq, onları reklam etmək istəmirəm. Olan oldu...

- Etiraf edək ki, həmim müsabiqədən sonra tədbirlərə tez-tez dəvət almağa başladınız. Reklam çarxlarına, filmlərə və seriala çəkildiniz. Özüzünü aktrisa olaraq təsdiqləmək istəyirsiniz?

- Əlbəttə, niyə də yox?! Qısametrajlı filmlərdə, eləcə də "Bacanaqlar"da rol almışam. İndi də təkliflər var. Dəyərləndirməyə çalışıram. 

- Əfsanə xanım, adınız üstünüzdə, sizcə, əfsanəyə çevrilə biləcəksinizmi?

- Mən artıq bir əfsanəyəm (gülür).

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.