Şou-biznes

Aparıcı Məleykə Əsədovanı pərt etdi

1 Dekabr 2015 12:40
38 Şərh     Baxış: 8 860
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Yusif Ağayev xalq artisti Məleykə Əsədovaya Hollivudda "Oskar" mükafatı almağı arzu edib. 

Milli.Az big.az-a istinadən xəbər verir ki, xalq artisti aparıcıya belə cavab verib: 

"Mən Azərbaycan vətəndaşıyam. Fəxr edirəm, azərbaycanlı qızıyam. Nə yaxşı ki, Azərbaycan torpağında doğulmuşam. Hara da getsəm, məni sevirlər, gəlib şəkil çəkdirirlər. Elə bu mənim üçün "Oskar" mükafatıdır. Yatım ki, səhər-səhər mənə nə olacaq. Real deyil axı. Hollivudda çəkilmək xəyaldır. Mən xalq artistiyəm. Hər zaman da bu mükafatımla fəxr etmişəm. 

Aparıcı Yusif Ağayev xalq artistinin səmimiyyətinə inanmayıb: "Burada sənin səmimiyyətinə inanmadım. Sən istəməzsən ki, "Oskar" alasan? Tanrı nəsib eləsin".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.