Şou-biznes

Aqil M.Quliyev: "Keçmiş həyat yoldaşım qızıma deyib ki..."

30 Noyabr 2015 17:07
28 Şərh     Baxış: 12 511
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rejissor Aqil M.Quliyev həmkarı Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, rejissor şəxsi həyatı ilə bağlı etiraflar edib:

"Məktəbdə oxuyanda sevdiyim xanımla ailə qurmaq istəyirdim. Valideynlərim imkan vermədilər. 1990-cı ildə Azərbaycana narkotik maddə gəldi və dəbə mindi. Biz bunun fəsadlarını bilmirdik. Bunlar mənim də həyatımda var idi. Bir gün başa düşdüm ki, nəyəsə stop deməliyəm. 2005-ci ildə Samir Qasımovu qəzada itirəndən sonra şok keçirdim. Həyatımı tamamilə dəyişdim".

Aqil M.Quliyev qızından danışıb:

"Həbsə girəndən sonra bir xanımla ciddi münasibət qurmağa stop demişəm. Qızımın 10 yaşı olandan bu yana onun tərbiyəsində əməyim olmayıb. Anası ilə Moskvaya köçüb. İndi aspiranturada təhsil alır. Öz planları var. Keçmiş həyat yoldaşım qızıma mənimlə bağlı qəşəng söz deyib. Övladım bu yaxınlarda mənə yazdı: "Anam deyir ki, atan bizə çox da kömək etməyib, amma mane də olmayıb". Yenidən evlənmək, ailə qurmaq mənlik deyil. Bir insanla 1 gündən artıq qala bilmərəm. Tək yaşamağa öyrəşmişəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.