Şou-biznes

Səməd Səmədovun "Nərgizi" - VİDEO

30 Noyabr 2015 16:36
5 Şərh     Baxış: 1 085
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Səməd Səmədov yeni layihə üzərində çalışır.

Bunu Milli.Az-a xalq artistinin prodüseri Rövşən Cəfərov deyib. O bildirib ki, S.Səmədov bundan sonra daha çox klassik mahnılara müraciət edəcək: "Səməd müəllim yeni layihə üzərində çalışır. Həmin layihədə klassik mahnılar yer alacaq. Artıq Səməd bəy bir neçə klassik mahnını ifa edib.

İşlər bununla bitmir. Yeni klip çəkilişləri də nəzərdə tutulub. Xalq artisti bu gün musiqisi Telman Hacıyevə, aranjmanı Fərid Kərimliyə məxsus "Nərgizim" adlı mahnını dinləyicilərin ixtiyarına verdi. Bu mahnıdan bir müddət sonra yeni işimizi təqdim edəcəyik".

S.Səmədov da fikirlərini bölüşüb: "Mən bu sənətə qalmaqalla yox, səsimlə gəlmişəm. Əgər bir insanın səsi varsa, gec-tez uğur qazanacaq. Hər il aşağısı bir hit mahnı oxuyuram. İfa etdiklərim mahnılar tamaşaçılar tərəfindən sevilir. Bu gün təqdim etdiyim "Nərgizim" adlı mahnının da seviləcəyinə inanıram".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.

Səməd Səmədov  

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.