Şou-biznes

Xalq artistinin səhhətində problem: "Müalicə üçün pulum yoxdu"

30 Noyabr 2015 13:04
11 Şərh     Baxış: 2 157
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Səhhətimin normallaşması üçün təcili Türkiyəyə getməliyəm. Bunun üçünsə pulum yoxdur. 

Milli.Az xəbər verir ki, bu sözləri lent.az-a səhhəti pisləşən xalq artisti Yalçın Rzazadə deyib. O bildirib ki, vəziyyəti yaxşılığa doğru getmir: 

"Beş il öncə Türkiyədə ürəyimdən əməliyyat olundum. Əməliyyatdan sonra isə ildə bir dəfə müayinə olunmağım lazım idi. Amma maddi problemlərə görə gedə bilmədim. İndi də özümü çox pis hiss edirəm. Dərdimə dərmanın Türkiyədə tapılacağına inanıram.

Amma ora getmək üçün pul lazımdır. Pul isə məndə yoxdur. Mənə yaraşmaz kiməsə ağız açım ki, pul verin, gedim əməliyyat olunum. Bunu etməkdənsə, gedib bulvarda papağımı qoyub, pul yığaram. Qürurluyam, kiminsə qabağında əyilmərəm".

Xalq artisti ona olan diqqətsizlikdən də şikayətlənib:

"46 ildir ki Azərbaycan musiqisinə xidmət edirəm. Xidmətimin bəhrəsini görmək istəyirəm. Televiziyaya məni əfsanəvi sənətkar kimi dəvət edirlər. Amma nə olsun? Mənə olan diqqətsizliyi qəbul edə bilmirəm. İncəsənətdə böyük yeniliklər etmişəm. Amma bu bu gün Yalçın Rzazadənin yaşayışı, sağlıq durumunu soruşan yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.