Şou-biznes

Məleykə Əsədova kövrəldi

29 Noyabr 2015 21:47
30 Şərh     Baxış: 4 609
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, Akademik Milli Dram Teatrının aktrisası Məleykə Əsədova fəsillərin onun ovqatına təsir etdiyini deyib.

Milli.Az bildirir ki, publika.az-a danışan aktrisa duyğulanıb:
 
"Payızı heç sevmirəm. Atam da payızda dünyasını dəyişib, onda mənim 17 yaşım vardı. Bəlkə də buna görə, payız məndə kədər oyadır. Buğa bürcündə doğulduğum üçün daha çox baharı sevirəm. Çiçəklər açanda, günəş doğanda arzularım aşıb-daşır. Mən romantik xanımam axı. Payızda yarpaqlar saralanda duyğusal oluram, təsirlənirəm. Payız məni daha çox düşündürür. Elə ona görə də, qızımın tətil günlərini Qubada keçirtdik. Bir neçə gün təbiətlə baş-başa qaldım".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.