Şou-biznes

Aqil M.Quliyev: "Yaşadığım vəziyyət gözümü açdı"

29 Noyabr 2015 11:50
20 Şərh     Baxış: 3 166
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur azərbaycanlı rejissor Aqil M. Quliyev yaşadığı həbsxana həyatından danışıb.

Publika.az-a açıqlama verən rejissor həmin günləri həyatının sınaq günləri adlandırıb. Dostları arasında bu sınaqdan çıxan olmadığını, əksinə, tanımadığı, gözləmədiyi insanların həmin vaxtdan onun dostuna çevrildiklərini vurğulayıb:
 
"Həyatımın dar günləri, keçdiyim bir sınaq mərhələsi oldu. Həmin sınaqdan keçən və keçməyən dostlarım oldu. Həbsxanada yatdığım müddətdə, demək olar, hər kəs geri çəkildi. Yaradıcılığım ərzində şou-biznesin ən parlaq müğənniləri ilə işləmişdim. Amma müğənnilərdən bir nəfər də yanıma gəlmədi. Gələnlər pərdəarxası, üzdə olmayan insanlar idi. Bütün Azərbaycandan mənə orada cəmi 10 nəfər baş çəkdi. Düşünürəm, indiki zaman üçün bu rekord göstəricidir".
 
Rejissor çətin günlərində yolunu gözlədiyi insanlardan dəstək görməsə də, heç kəsdən incimədiyini vurğulayıb:
 
"İnsan yıxılıbsa, günahkar özüdür. İnciməli biri varsa, o, özüməm! Demək, tanımadığım adamlarla münasibət qurmuşam. Amma yaşadığım vəziyyət gözümü açdı".
 
Xatırladaq ki, rejissor sevgilisinin anasının şikayəti əsasında 1 il 5 ay müddətinə həbs olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.