Şou-biznes

Faiq Ağayev Nardaran hadisələrindən danışdı

28 Noyabr 2015 12:31
61 Şərh     Baxış: 5 740
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev "VI THE FIRST" mükafatlandırma mərasiminə qatılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, mükafat almaq üçün səhnəyə çıxan xalq artisti "Biri varmış, biri yoxmuş mahnısını ifa edib.

"Ölkədə baş verən (Nardaranda baş verənləri nəzərdə tutur) hadisələrə görə çox üzgünəm, içimdən mahnı oxumaq gəlmir. İstəmirəm insanlar məni yanlış anlasın. Mən vətənimi sevən, baş verənlərə biganə qala bilməyən vətəndaşam. Bu mərasimə dəvət olunmuşam, hörmət əlaməti olaraq burada iştirak etməyi özümə borc bildim. Xalqımızı birlik olmağa səsləyirəm", - deyən Ağayev "Azərbaycan" mahnısını ifa edib.

Xalq artistinin ifası alqışlarla qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.