Şou-biznes

"İndi mahnı bəstələyənlərin çoxu bəstəkar deyil"

28 Noyabr 2015 13:16
9 Şərh     Baxış: 1 345
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, xalq artisti Faiq Ağayev mahnıların həmkarları tərəfindən təkrarən oxunmasına "Starlife" verilişində aydınlıq gətirib:

"Mahnını oxuyanlar arasında keyfiyyət olmalıdır. Hər müğənni oxuduğ mahnını özünküləşdirməlidir. Mən 1996-cı ildə "Dəşti"ni oxuyanda Əlibaba Məmmədova qulaq asdım bəhrələndim, lakin başqa cür oxudum. Mahnını "kopyalamaq" yaxşı iş deyil. Mən özünə məxsusluğun tərəfdarıyam. Qədim mahnılar nə qədər çox oxunulsa, bir o qədər yaxşıdır. İndiki cavan nəslimiz elə mahnılarımız var ki, ondan bixəbərdilər. Peşəkar bəstəkarlar əvvəllər çox idi və mahnı bolluğu hökm sürürdü. İndi mahnı bəstələyənlərin çoxu bəstəkar deyil. 

"Filmdə çəkilmək təklifi almısınız?" - sualına xalq artisti belə cavab verdi:

"Yəqin, bizim rejissorlar qonararın böyüklüyündən qorxub məni filimlərdə çəkilməyə dəvət etmirlər. Filimdə çəkilmək istərdim, amma serialda yox. Çünki çox vaxt aparır. Aldığım təhsilə görə aktyoram. Mənim div kimi müəllimlərim olub. Yaşar Nuri, Şəfiqə Məmmədova, Cahangir Novruzov və s. Dəvət olsa, məmnunuiyyətlə, qəbul edərəm. Amma bizdə kinolar çəkilmir. Çəkilənlərdə komediya janrındadır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.