Şou-biznes

Tanınmış prodüser polislərlə qalmaqalından DANIŞDI - YENİLƏNİB - VİDEO - FOTO

28 Noyabr 2015 10:40
189 Şərh     Baxış: 24 397
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

10:40

Gecə saatlarında 90 - ST - 666 dövlət nömrə nişanlı "Hundai" avtomobili ilə yol polisi tərəfindən saxlanılan prodüser Təranə Səmədova Milli.Az-a başına gələnlərdən danışıb.

Prodüser yayılan xəbərin həqiqətə uyğun olmadığını söyləyib. Təranə bildirib ki, polis əməkdaşları ilə arasında narahatçılıq, sadəcə, sənəd təqdim etmədiyinə görə yaranıb.

"Axşam saatlarında dostumla görüşməyə getmişdim, yol patrul xidmətinin işçiləri yolda süni post yaratmışdılar. Avtomobili saxlayan polislər məndən sənəd tələb etdilər, sənədləri vermədikdə onlar mənim içkili olduğumu söylədilər. Mən onlara içki içmədiyimi bildirdim və sadəcə, dostumla görüşməyə getdiyimi dedim.

Ancaq polis əməkdaşları sözlərimi qəbul etmədilər, hadisə yerinə post patrul xidmətinin əməkdaşlarını çağırdılar. Onlar məni avtomobildən düşürüb içkili olub-olmamağımı yoxlamaq üçün tibbi məntəqəyə, avtomobilimi isə cərimə meydançasına apardılar. Tibbi məntəqəyə getdikdə onlar mənim içki qəbul etmədiyimi təsdiqlədilər və sərbəst buraxdılar. Hal-hazırda da evdəyəm, yuxudan təzə oyanmışam".

Təranə Səmədova yeganə səhvinin polis əməkdaşlarına sənəd təqdim etməməsinin olduğunu söyləyib. 

-----------

10:17

Təranə Səmədova polislərdən yayınaraq qaçmağa da cəhd edib.

Bakıda yol polisinin "saxla" əmrinə tabe olmayan xanım sürücü daha sonra saxlanılıb. Anspress-in məlumatına görə, sərxoş vəziyyətdə saxlanılan sürücü tanınmış proddüser Təranə Səmədovadır. Bakı şəhər Dövlət Yol Polisi əməkdaşları prodüserə Hüseyn Seyidzadə küçəsində "saxla" əmri veriblər. 

Polislərdən yayınmağa çalışan xanım sürücü təxminən 3-4 km məsafə də qət edib. Amma sonda polis qaçmağa çalışan xanım sürücünü saxlaya bilib. Bu zaman sürücü qəza da törədib. Özünə hər vəchlə haqq qazandırmağa çalışan sərxoş xanım aqressiv hərəkətləri və nalayiq ifadlərlə polisləri təhqir etməkdən çəkinməyib.

Yolda meyxanaçı Pərviz Bülbüləni görən Təranə Səmədova polislərdən yayınıb meyxanaçı ilə qaçmağa da cəhd edib.

Sonda prodüser post patrul xidməti avtomobili ilə həkim müayinəsinə aparılıb. 

Qanuna edilən son dəyişiklikləri nəzərə alsaq, prodüseri sərt inzibati cəza gözləyir.

Ceyhun Ələkbərov 
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.​

Tanınmış prodüser sərxoş vəziyyətdə polislərlə dalaşdı

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.