Şou-biznes

Roza Zərgərli: "Mən elə bilirdim, bu, Aygün Kazımovanın işləridir"

27 Noyabr 2015 12:52
10 Şərh     Baxış: 6 666
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Roza Zərgərlinin "YouTube" kanalına haker hücumu olub.

Milli.Az xəbər verir ki, müğənninin "YouTube" video izləmə portalında 2 kanalı olub. "RozaZergerli" adlı kanalda müğənninin bütün klipləri, çıxdığı verilişlərdə ifa etdiyi mahnılar, "RozaZergerliTV" adlı kanalda isə müğənninin telekanallara verdiyi müsahibələr və çıxdığı verilişlər yer alıb. Eyni gündə müğənninin kliplərinin yer aldığı kanalla bağlı 5 şikayət daxil olub və "YouTube" administrasiyası tərəfindən portaldan silinib.

Roza Zərgərli publika.az-a açıqlamasında "Qəmli nağıl" klipi ətrafında yaranan qalmaqala xüsusi toxunub. Onun sözlərinə görə, bəziləri hadisədən istifadə edib aranı qızışdırmağa çalışıblar: ""Qəmli nağıl" klipi qanlı nağıla çevrilmək üzrə idi. Bu qalmaqaldan istifadə edənlər oldu. Hətta cürət edib, klipimi belə "YouTube"dan sildirdilər. Mən elə bilirdim, bu, Aygün Kazımovanın işləridir. Amma bir neçə həftədir bütün vaxtımı bu işə ayırmışam. Və bunu edən şəxsin kimliyi məlum olub. Həmin şəxsin ev ünvanına kimi əlimdədir. Hansı ünvandan şikayət olunubsa, hamısını biləcəksiniz".

Roza Zərgərli növbəti həftə media nümayəndələri ilə görüş keçirib şok faktları ortaya qoyacaq. Hazırda müğənni "YouTube" kanalının bərpa olunması üzərində iş aparır. Qeyd edək ki, "YouTube" portalının qaydalarına əsasən, 3 şikayət alınan kanal silinir və kanala yüklənən videoları izləmək mümkün olmur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.