Şou-biznes

Azər Axşamın anası: "Məni restorana aparır, pul verir"

27 Noyabr 2015 09:43
25 Şərh     Baxış: 7 416
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktyor və teleaparıcı Azər Axşamın anası məşhur oğlundan danışıb. 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, Qaxda yaşayan aktyorun anası ATV-nin efirinə qonaq gəlib. Zaur Baxşəliyevin: "Azər necə oğuldur, sizə baş çəkir?" - sualına belə cavab verib:

"Azər yaxşı oğuldur. İş həyatı imkan vermir mənə mütəmadi baş çəksin. Sonuncu dəfə Qaxda yayda olub. Mənə yaxşı baxır, pul verir, restorana aparır. Ad günümdə gəlinə əziyyət vermək istəmədim, apardı, mənə restoranda ad günü keçirdi".

A.Axşamın anası xarakterindən danışarkən, evdə sözünün qanun olduğunu bildirib:

"Dediyim qanundur, amma zalım deyiləm. İstəyirəm, əzizlərim üçün hər şey edim. Azər, istəyir, studiyadakı adamların hamısın evimizə qonaq gətirsin, incimərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.