Şou-biznes

"Etiraf edim ki..." - FOTOSESSİYA

26 Noyabr 2015 18:05
Baxış: 4 077
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Etiraf edim ki, filmin çəkilişləri nəzərdə tutduğumuzdan təxminən 1 ay gec başa çatacaq.

Bunu Trend-ə Azərbaycanda komediya və ekşn janrında çəkilən "Brat Li" bədii filminin baş prodüseri və "AS Media"nın direktoru Sarvan Allahverdiyev deyib. O bildirib ki, buna səbəb filmin büdcəsinin nəzərdə tutulan məbləğdən bir dəfə artıq olmasıdır:

"Filmin büdcəsinə gəldikdə isə tam səmimi olaraq etiraf edirəm ki, bu günə qədər Azərbaycanda  çəkilən filmlərin büdcəsindən 2-3 dəfə artıq olacaq. Dostumuz Orxan İmanın filmə sıfırdan yüzədək köməklik etməsi iş prosesimizə stimul verir. Ümumiyyətlə, həm Türkiyədən, həm də Azərbaycandan aktyor seçimi etmişik. Təbii ki, əsas rolları xalq və əməkdar artistləri canlandırır. Ümid edirik ki, Azərbaycan tamaşaçısı normal film seyr edəcək."

S.Allahverdiyev onu da qeyd edib ki, film sponsorsuz çəkilir və bədii film olduğu üçün heç bir sponsor məhsulundan istifadə olunmur.

Baş prodüser filmin təqdimatıyla bağlı açıqlama verərək söyləyib ki, filmin təqdimatı təxminən mart ayında baş tutacaq:

"Filimin nümayişi Azərbaycanın bütün kinoteatrlarıyla yanaşı, ən azı 4 ölkədə də nəzərdə tutulub. Əmin ola bilərsiniz ki, Azərbaycan tamaşaçısının simasında gülüş doğuracaq film istehsal edirik".

Döyüş sənətləri üzrə dünyanın məşhur döyüş ustası və aktyoru Brüs Linin qüsursuz bənzəri olan 22 yaşlı Əfqanıstan vətəndaşı Abbas Əlizadə ilə bağlı işbirliyindən danışan S.Allahverdiyev xüsusi məqamları açıqlayıb:

"Qarşıdakı 5 il müddətində Abbas Əlizadə ilə müqavilə imzalamışıq. O, hal-hazırda tamamlanmaq üzrə olan filmin çəkilişlərində iştirak edir. Müqavilənin şərtlərinə əsasən, 5 dövlətin də bizimlə əməkdaşlığı nəzərdə tutulub. Abbas Əlizadə ilə müqaviləmiz reklam xarakterli hər bir şeyi əhatə edir. Yəni ki, 5 il ərzində Abbas Əlizadəyə hər hansı bir şirkət tərəfindən işbirliyi təklif olunarsa, bu anlaşma yalnız "AS Media" ilə razılıq əsasında mümkündür.

Baş prodüser onu da əlavə edib ki, yay aylarında Abbas Əlizadə ilə yeni film layihəsi üzərində çalışmaq fikri var.

Filmin baş prodüseri Sarvan Allahverdiyev, quruluşçu rejissoru və ssenari müəllifi Nicat Rzazadə, ideya müəllifi və ikinci rejissoru Ruslan İsmayılovdur.

Layihənin mətbuat katibi, tanınmış jurnalist Fuad Mədətov da filmin əsas rollarından birini canlandırır.

Film Azərbaycan, Əfqanıstan, Türkiyə və MDB ölkələrində nümayiş olunacaq.

"Brat Li" film layihəsinin informasiya dəstəyi Trend.Az, Day.Az və Milli.Az saytlarıdır.

https://www.facebook.com/As-Media-837050779664151/

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.