Şou-biznes

"Arada söz aparıb-gətirən insanlara ar olsun" - FOTO

26 Noyabr 2015 15:41
33 Şərh     Baxış: 5 623
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Arada söz aparıb-gətirən insanlara ar olsun.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynov müğənni ilə yollarını ayırması haqda danışarkən deyib. Prodüser müğənni ilə işbirliyinə son qoymasının səbəbini açıqlayıb:

"Çoxları elə bilir ki, Nazpəri xanımın İnstaqram səhifəsində yanlışlıqla erməni bayrağı paylaşdığıma görə o, mənimlə işbirliyinə son qoyub, amma bu, belə deyil. Birincisi, Nazpəri xanım mənimlə yox, mən onunla işbirliyinə son qoymuşam. İkincisi də ki, bunun erməni bayrağı ilə heç bir əlaqəsi yoxdur. Mənim işdən çıxmağımın səbəbi bəzi 3-cü şəxslərin söhbətə qarışması ilə bağlıdır.

5 il Nazpəri xanımın prodüseri olmuşam. Bu 5 ildə mən onunla tək işləmişəm, mətbuat katibi-filan olmayıb. Kimlərsə bəzi yazışmaları özünə sərf edən formada skrin edib, Nazpəri xanıma göstərib. Nəticədə bizim münasibətlərimiz korlandı. Əslində, mənim başqa bir işim də var, ona görə də çatdıra bilmirdim. Prodüserlik karyerama son qoymaq fikrim yoxdur. İndi adını çəkmək istəmədiyim çox məşhur, səviyyəli bir müğənni ilə işbirliyinə başlayacağam".

Xatırladaq ki, bir müddət əvvəl Nazpəri Dostəliyevanın keçmiş prodüseri Mikayıl Hüseynovun sənətçinin İnstaqram hesabında yanlışlıqla erməni bayrağı paylaşması böyük rezonans doğurmuşdu. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.