Şou-biznes

Əkizlərdən İzzətə gözlənilməz sual: "Deyirlər ki, Sevda ilə aranızda sevgi yaşanıb"

25 Noyabr 2015 15:59
7 Şərh     Baxış: 5 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni İzzət Bağırzadə "Hər şey daxil" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, aparıcılar Sevil Sevinc bacıları ifaçıya gözlənilməz sual ünvanlayıblar. 

İ.Bağırzadə "Ən qalmaqallı duetiniz Sevda Sanəliyeva ilə olub. Söz-söhbət yaranmışdı ki, aranızda sevgi yaşanıb. Bəlkə gənc və yaraşıqlı olduğunuz üçün insanlar sizi bir-birinizə yaraşdırırdılar. Hətta o xanım açıqlama vermişdi ki, siz ona rəqsi qadağan etmisiniz" sözlərinə belə cavab verib:

"Rahidə Baxışla da duet oxuyanda belə söhbət çıxmışdı. Bu duetimiz daha qalmaqallı olmuşdu. Sevda ilə duet oxuyanda internet inkişaf etmişdi. Ona görə də dedi-qodu çox yayıldı. Hətta eşitmişdim ki, guya Sevdanı oynamağa qoymuram. Mən ona demişdim ki, "Ən yaxşısı odur ki, sən oxu, səsin gözəldir. Sadəcə, dost kimi məsləhət vermişdim".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.