Şou-biznes

Aparıcı Vüsalə: "Sizə bir sirr açım" - FOTO

25 Noyabr 2015 13:02
35 Şərh     Baxış: 10 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aparıcı Vüsalə Əlizadə uşaqlıq xatirələrini bölüşüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, çox kövrəldiyini vurğulayan aparıcı o illərə qayıtmağı arzuladığını bildirib:

"Birdən-birə uşaqlığımı xatırladım. Çox kövrəldim, kaş ki, ora dönə bilsəm, o vaxtlardakı kimi yüksüz, qayğısız, həyatın zərbələrinə cavab vermək gücündən azad ola bilsəm. Eh, kaş ki, kaş ki... Həyatımızda o qədər "kaş kilər" var... Bilmirəm niyə, çox kövrək olmuşam. Bu gün mənə nə oldu? Mən güclü qadınam. Əslində sizə bir sirr açım, bu sözdən də heç xoşum gəlmir. Yəqin, tanıdınız, ortadakı qaragöz, ağlağan, narazı qız mənəm. Canım bacılarım deyirlər ki, heç vaxt "olmazla" razılaşmadın, amma heç kimi də incitmədin, istədiyini "özüm edəcəyəm" deyib etdin. Bəlkə də bu xasiyyətimdir məni bu qədər qayğı çəkməyə vadar edən. Hara gedirsən, həyat..."

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.