Şou-biznes

Baloğlan Əşrəfov: "Səmədin hərəkətini təkrar eləmərəm"

25 Noyabr 2015 12:26
7 Şərh     Baxış: 2 237
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Baloğlan Əşrəfov bu günlərdə avtomobil qəzası keçirib. 

Milli.Az gecce.az-a istinadən xəbər verir ki, qəzada bərk qorxan əməkdar artist özünə gəlməyə çalışır. O, bu barədə "Hər şey daxil" verilişində danışıb. Onunla birlikdə ailəsi və qohumları əməkdar artistin həyatı üçün narahatlıq keçiriblər.

Veriliş zamanı Səməd Səmədovun idman zalında görüntülərini görən Baloğlan Əşrəfov onun hərəkətlərini ictimaiyyət qarşısında təkrarlamağı ayıb bildi: "Səməd bunu edir, amma mən etmərəm. Biz müğənnilərə ictimaiyyət nəzər yetirir. Elə hərəkətlər var ki, onu etməyi məsləhət bilmirəm. Səmədin şəxsi işidir. Mən ancaq bunu evimdə, insanların gözündən uzaqda edə bilərəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.