Şou-biznes

Sevgili olduqları təsdiqləndi

24 Noyabr 2015 23:57
55 Şərh     Baxış: 6 181
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Adı müğənni Sinan Akçılla eşq dedi-qodularında hallanan müğənni-aktrisa Ayşe Akının aktyor Murad Hanla sevgili olduğu təsdiqini tapıb. 
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, çəkiliş zamanı tanış olan cütlük teatrdan çıxarkən obyektivlərə tuş gəlib. Paparassilərdən qaçmayan Ayşə ilə Murad əl-ələ tutaraq xoşbəxtlik pozu veriblər. Cütlüyün daha əvvəl sevgili olduğu deyilsə də, fakt təsdiqini tapmamışdı. 

Qeyd edək ki, A.Akın 2011-ci ildə futbolçu Öndər Turacı ilə ailəli qurub. Qısa müddət sonra ərindən boşanan Ayşə "Kervan 2015"də erməni qızı Suzan obrazını canlandırıb. O, "Güllerin savaşı" serialında da çəkilib. Murad Han isə tamaşaçılara "Ömre bedel" serialından Cəsur obrazı ilə tanışdır.
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.