Şou-biznes

Əməkdar artist yenidən xəstəxanaya düşdü

24 Noyabr 2015 18:27
41 Şərh     Baxış: 3 570
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Akademik Milli Dram Teatrının aktyoru, əməkdar artist Ələsgər Məmmədoğlu bu gün yenidən xəstəxanaya yerləşdirilib. 

Milli.Az xəbər verir ki, bu barədə aznews.az-a aktyorun özü məlumat verib. Onun sözlərinə görə, səhər saatlarına səhhətində problem yaranıb və o, Respublika Diaqnostika Mərkəzinə aparılıb: 

"Öd kanallarım dolub. Bədənimə zəhərlənmə verir. Bu gün öd kanallarımı yuyublar. Sabah da sistem köçürəcəklər". 

Aktyor qeyd edib ki, bu gecəni xəstəxanada qalacaq və səhər evə buraxılacaq. 

Qeyd edək ki, Ə.Məmmədoğlu noyabrın 12-də özünü pis hiss edib və o, həmin günü Binəqədi Rayon Xəstəxanasına yerləşdirilib. Bir neçə gün müalicə olunduqdan sonra aktyor evə buraxılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.