Şou-biznes

Həmidə Ömərova üçün xoş gün - FOTO

24 Noyabr 2015 10:50
16 Şərh     Baxış: 9 206
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti, sevilən aktrisa Həmidə Ömərovanın yeganə oğlu Rəhimin ad günüdür. Aktrisanın oğlunun 21 yaşı tamam olub. Xalq artisti sevincini bu sözlərlə Milli.Az-a bildirib:

"Balam, bəlam noyabrda dünyaya gələnlərdən biridir. Ad gününü hər il olduğu kimi bu il də ailəmizlə birlikdə evdə qeyd edəcəyik. Allah mənə o qədər ömür versin ki, onun xoş gününü görüm. Təbii ki, hər bir ana övladının övladını görməyi arzu edir. Belə bir məsəl var, "Oğul qozdursa, nəvə onun ləpəsidir". Ona görə də onu evlənməyə tələsdirirəm, çünki tez nənə olmaq istəyirəm. Amma o, universiteti bu il bitirib, inşallah, Allah mənə onun toyunu görməyi nəsib edər".

Əli Rəhimoğlu

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.