Şou-biznes

Aytac: "Şeyxin hayında deyiləm"

23 Noyabr 2015 19:25
88 Şərh     Baxış: 7 720
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Aytac Vidadiqızı toy qabağı həyəcanlı olduğunu bildirib.

Publika.az-a açıqlama verən sənətçi bu ərəfədə vaxtını yalnız toy üçün hazırlıqlara ayırdığını bildirib:
 
"Çox həyəcanlıyam. Nə şeyx, nə də ona verilməli olan konsert hayındayam. Bütün vaxtımı toy qabağı hazırlıqlara ayırmışam. Özəl günümün qüsursuz olmasını istəyirəm".
 
Aytac Vidadiqızı toya çağıracağı şou-biznes nümayəndələrindən də söhbət açıb:
 
"Şou biznesdən say-seçmə adamlar olacaq. Bəziləri kimi toy günümdə açıq qapı elan etməyəcəyəm. Hər şey öncədən planlaşdırılmış formada keçiriləcək. Çalışacağam ki, toy günüm təkcə mənim üçün yox, qonaqlarım üçün də yaddaqalan gün olsun".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.