Şou-biznes

"Zeynəbə haqqımı halal etmirəm"

23 Noyabr 2015 08:18
160 Şərh     Baxış: 20 092
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mahnılarım uzun illərdir xarici müğənnilər tərəfindən mənimsənilir.

Milli.Az bildirir ki, bu sözləri əməkdar artist Baloğlan Əşrəfov mahnılarının əcnəbi müğənnilər tərəfindən müəllifi göstərilmədən ifa edilməsi ilə bağlı axar.az-a danışarkən deyib. Müğənni bu kimi halların dəfələrlə təkrarlandığını bildirib:
 
"Mənim mahnılarımı ayrı-ayrı millətlərdən olan müğənnilər ifa ediblər. Bəziləri müəllifi göstərsə də, məndən halallıq alsa da, əksəriyyəti bunu etməyib. Türkiyəli müğənnilər - Sərdar Ortaç və Mahsun Qırmızıgül mahnılarımı ifa etmədən öncə mənimlə əlaqə saxlayıb, icazə istədilər. Mən də onlara dedim ki, oxuyun, halal xoşunuz olsun.
 
Bir mahnımı iki gənc müğənni də oxuyub, adlarını unutmuşam, onlar da müəllifi göstərmədən ifa ediblər. O gənclər hətta mahnılarıma klip də çəkdiriblər. Amma müəllif yerinə "anonim" yazıblar. Bundan başqa, bir türk müğənni mənim "Alagöz" mahnımı bir xanımla duet oxumuşdu. O da eyni cür - müəllifi göstərməmişdi. Bu haqsızlıqdır. Bir özbək müğənnisi var - adı Zeynəbdir. O, mənim mahnımı oxuyub, amma adımı qeyd etməyib. Mən belə insanlara haqqımı halal etmirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.