Şou-biznes

Afaq Gəncəlinin oğlu dəfn edildi - YENİLƏNİB

20 Noyabr 2015 17:31
219 Şərh     Baxış: 45 315
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

17:31

ATV telekanalının aparıcısı Afaq Gəncəlinin 12 yaşlı oğlu Qədirxan bu gün Maştağa qəbiristanlığında torpağa tapşırılıb.

Publika.az xəbər verir ki, mərhumun yas mərasimində aktrisa Vəfa Zeynalova, aparıcılar İlkin Həsəni, Nərgiz Məmmədova, Zemfira Adıgözəlova, müğənnilər Elariz Məmmədoğlu, Elnarə Xəlilova, Sevda Yəhyayeva, Azad Şabanov və digər məşhurlar iştirak ediblər.

-----------
13:21
 
ATV telekanalının məşhur aparıcısı Afaq Gəncəlinin oğlunun nəşinin Türkiyədən Bakıya gətirildiyi barədə xəbər vermişdik.

Milli.Az show.az-a istinadən xəbər verir ki, meyit hava limanından birbaşa məscidə aparılıb.

Bu saatlarda cənazə aparıcının Badamdardakı evindən götürülərək, Maştağa kəndinin Seyidlər məhəlləsindəki qəbristanlığında dəfn edilməyə aparılır.

Xatırladaq ki, Qədirxan uzun sürən xəstəlikdən sonra Ankarada vəfat edib.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.