Şou-biznes

Briliant Dadaşova Nisə Qasımova ilə münasibətindən danışdı

13 Oktyabr 2015 15:36
180 Şərh     Baxış: 4 184
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Nisə Qasımova ilə Brilliant Dadaşova arasındakı buzlar əriməyə başlayıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, B.Dadaşova "ATV Maqazin" verilişinə açıqlamasında qarşı tərəflə küsülü olmadığını bildirmişdi:

"Aramızda nə buz, nə duz var. Niyə küsək ki? Görmüsünüz, Nisə xanımın ünvanına xoşagəlməz söz işlədim?"

N.Qasımova isə ATV-də yayımlanan "Mənim dünyam" verilişinə B.Dadaşovanı qonaq kimi dəvət etməsi ilə bağlı sualları cavablandırıb:

"Niyə də olmasın? Bizim aramızdakı küskünlük deyil. Mənim incikliyim olub. Sağlıq olsun. Demirəm, heç vaxt barışmayacam. Həyat bizi elə bir anda qovuşdurar ki, barışarıq. Bu namərdlik yox, mərdlikdir".

Qeyd edək ki, B.Dadaşova N.Qasımovanın "Mənim dünyam" və "Yalvarıram" mahnısını icazəsiz oxuyub. Bu da qarşı tərəfi əsəbiləşdirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.