Şou-biznes

Namiq Qaraçuxurlunun toyundan VİDEO - FOTOlar - YENİLƏNİB

12 Oktyabr 2015 21:24
455 Şərh     Baxış: 48 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:24

Hazırda paytaxt məkanlarının birində meyxanaçı Namiq Qaraçuxurlunun toyudur. Milli.Az lent.az-a istinadən bildirir ki, şadlıq evinin qarşısınadək bəyin maşınını 5 ədəd "Gelandewagen" markalı maşın müşayiət edib. 

İkinci dəfə ailə həyatı quran meyxanaçının xeyir işinə şou-biznesin bir çox tanınmış simaları gəlib. Aparıcı Nəsib Nurun təqdimatı ilə başlayan gecəni əməkdar artist Natiq Şirinovun rəhbərlik etdiyi "Natiq ritm qrupu" açıq elan edib.
 
Daha sonra toyun aparıcı sözü müğənnisi, əməkdar artist Abbas Bağırova verib.
 
Onu da əlavə edək ki, gecədə müğənni Elnur Məmmədov, meyxanaçı Mehman Əhmədli, nəğməkar şair Vüqar Əhməd,  aktyor Fərda Xudaverdiyev, aparıcı ilkin Həsəni iştirak edir.

Qeyd edək ki, N. Qaraçuxurlu toyu gəlinsiz edir. Toyda qadınlar iştirak etmir.
 
N.Qaraçuxurlu restorana daxil olmamış təəssüratlarını bölüşüb: "Bağışlayın ki, bu soyuq havada siz jurnalistləri qapının ağzında gözlətdim. Aylardır bu günü gözləyirdim. Elə bil çiynimdən böyük bir yük götürüldü. Məsuliyyətli bir gündür. Səhərdən telefonum susmur, zənglərə cavab verirəm. Ailə qurmağım üçün bu qədər gözləməyimə dəyib- dəyməyəcəyini indidən bilmirəm. Zaman göstərəcək".
 
N.Qaraçuxurlu toyu mediaya qapalı etməsinin səbəbindən də danışıb: "Toya elə adamlar dəvət olunub ki, onlar mediada görsənmək istəmir. Məhz onların rahatçılığını nəzərə alıb, medianı toya buraxmağa icazə vermədim".
 
Xatırladaq ki, N. Qaraçuxurlu Solmaz Şükürova adlı xanımla ailəli olub. Həmin evlilikdən Ülvi, Ümid adlı övladları var. Cütlük 2005-ci ilin dekabrında boşanıb.

--------

20:58

Milli.Az xəbər verir ki, meyxanaçı Namiq Qaraçuxurlunun toyuna sənət əhlindən bir çox tanınmış simalar qatılıblar.

Toyuna bahali avtomobil korteji ilə gələn Namiq zala söz verdiyi kimi xanımsız gəlib. Meyxanaçının toyu dini adət-ənənələrlə keçir.

----------

19:48

Xəbər verdiyimiz kimi, bu gün meyxanaçı Namiq Qaraçuxurlunun toyudur. Müyxanaçı özü hələ ki, məclisə gəlməyib. Amma toy artıq başlayıb, mərasimi "Natiq Ritm Qrupu" açıb.

Məclisi aparıcı Nəsib Nur idarə edir

Sənətçi daha öncə "qafqazinfo"ya açıqlamasında qadın və kişi məclislərinin ayrı olacağını bildirmişdi.

---------

10:34

Bu gün meyxanaçı Namiq Qaraçuxurlunun toyudur.

Milli.Az-ın məlumatına görə, qafqazinfo-ya açıqlamasında meyxanaçı bildirib ki, məclis mediaya qapalı olacaq:

"Qadın və kişi məclisi ayrı olacaq. Toy mediaya qapalıdır. Məclisə dəvət etdiyim dövlət adamları ilk olaraq medianın olub-olmadığını soruşurlar, qonaqlarımın rahatlığı üçün bu addımı atdım. Media nümayəndələri məndən inciməsin, hər birinə hörmətim var. Onların rahat sənət adamlarından müsahibə alması üçün otaq ayrılmasını istəmişəm. Özüm də məclisdən öncə jurnalistlərin qarşısına çıxıb müsahibə verəcəm".

Ceyhun Ələkbərov

Milli.Az

----------

20:29

Videonu izləmək üçün şəklə klikləyin.

фото

----------

19:41

Foto: axsam.az, qafqazinfo.az, gecce.az, lent.az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.