Şou-biznes

"Xərçəngə tutulan", "qabırğasını çıxartdıran", "uşağını gizlədən" məşhurlarımız

10 Oktyabr 2015 18:29
0 Şərh     Baxış: 5 302
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Star life" verilişi müğənnilər arasında sorğu aparaq, onların özləri haqqında eşitdikləri dedi-qoduları soruşub. 

Axşam.az həmin sorğunu təqdim edir:

Müğənni Sevda Yahyayeva - Bir ara deyirdilər ki, Sevdanin saçı yoxdur, keçəldir. Saçlarım qalın deyil. Arada qaynaq etdirirəm, amma çox vaxt öz saçımdır. 

Müğənni Xatun Əliyeva - Deyirlər ki, qabırğalarını çıxartdırıb, beş evi var, gözəllik salonu açıb. 

Müğənni Emil Bədəlov - Deyirlər ki, guya, maşın alverçisiyəm. 

Müğənni İlhamə Qasımova - Deyirlər ki, uşağım var. Hətta xalamla mübahisə edirdilər ki, evdən gizlədir, varıdır.

Meyxanaçı Namiq Qaraçuxurlu - Yayılmışdı ki, Namiqi polis saxlayıb, İlhamə Quliyeva onu azadlığa buraxdırıb. Niyə olmuşdu, yadımda deyil. 

Müğənni Roza Zərgərli - Demişdilər ki, Roza xərçəng xəstəliyinə tutulub, ölkədən qaçıb, müflis olub. 

Xanəndə Elnarə Abdullayeva - İlk vaxtlar xəbər yayılmışdı ki, bu qız kordur. Oxuyanda gözümü yumurdum deyə, elə düşünürdülər. Gah da dedilər, ana-atası yoxdur, qardaşı şəhid olub. 

Müğənni Çingiz Mustafayev - Söz yayılmışdı ki, 200 minə maşın almışam. Çox sevinmişdim.

Müğənni İzzət Bağırzadə - Bir dəfə kanalların birində qonaq idim. Verilişin rejissoru məni görəndə təəccübləndi. Deyir ki, xəbər yayıblar ki, "İzzəti restorandan çıxanda güllələyiblər".

Müğənni Gülay Zeynallı - İnstaqramda şəkil paylaşmışdım. Bir-iki xanım yazdı ki, botoks etdirmisiniz? Çox pis olmuşdum.

Müğənni Zamiq Hüseynov - Əvvəllər daha çox dedi-qodular yayılırdı. İndi yoxdur. 

Müğənni Niyam Salami - Məni şoka salan söhbət saçıma rəng qoymağım, makiyaj etməyim idi.
 
Müğənnilər Sevil və Sevinc - Demişdilər ki, "Əkizlərin qarajda "Bentley"si var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.