Şou-biznes

Faiq Ağayev söz atdı: "Deputat olsam, qanun çıxararam ki..."

10 Oktyabr 2015 18:11
18 Şərh     Baxış: 4 916
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Faiq Ağayev "Axşam-Axşam" verilişinin qonağı olub. 

Axşam.az-ın məlumatına görə, müğənni millət vəkiliyinə namizəd olması ilə bağlı xəbərlərə münasibət bildirib:

"Belə bir planım olmayıb. Heç bir yerdə də ağzımdan bu kəlməni çıxarmamışam ki, belə xəbər yayılsın. Mənim sənətim siyasətdir. Dəyərli millət vəkillərinin etdiyini mən də edə bilərəm: hansısa insanın imdadına çataram. Səs toplamağa gəldikdə isə... Mən 5 gün konsert vermişəm. 11 min insan cibindən pul ödəyib, bilet alıb, konsertimə gəlib. Bunların hamısı səsdir".

F.Ağayev "Millət vəkili olsaydınız, hansı qanunu yaradardınız?" sualına isə belə cavab verib. O, küsülü olduğu xalq artisti Brilliant Dadaşovaya söz atıb:

"Şou-biznesdən deyəcəm... Qanun çıxarardım ki, heç kim pasportunda yaşını dəyişməsin. Gülməlidir. 1958-ci il 1964-cü il kimi olmasın".

Qeyd edək ki, B.Dadaşovanın da doğum ili mənbələrdə 1958-ci və 1964-cü illərdə göstərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.