Şou-biznes

"YAP-a sığınıb bu yola gəlmişdim"

9 Oktyabr 2015 20:35
18 Şərh     Baxış: 3 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Namizədliyi qeydə alınmayan əməkdar artist Elza Seyidcahanın seçkilər barəsində verdiyi ilginc açıqlama gündəmin müzakirə mövzusuna çevrilib.

Milli.Az-ın "Yeni Müsavat"a istinadən məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov mətbuata açıqlamasında bildirib ki, əməkdar artistə qarşı təzyiq və təhdidlərin edilməsi yalnız bəhanədir.

Siyavuş Novruzovun sözlərinə görə, Elza Seyidcahana partiyanın üzvü kimi namizədliyini geri götürməsi YAP tərəfindən dəfələrlə məsləhət olunub, lakin o, buna əhəmiyyət verməyərək özü tərəfindən namizədlyini irəli sürüb və məhz imza toplaya bilmədiyi üçün qeydiyyata alınmayıb.

Əməkdar artist isə açıqlamasında bildirib ki, uzun illər YAP-a sığınıb, onun ədalətinə inandığı üçün siyasətə gəlmək arzusunda olub:

"YAP yarandığı gündən mən onun üzvü olmuşam, bu partiyaya sıravi əsgər kimi xidmət göstərmişəm. Hətta mən bu partiyaya himn də bəstələmişəm, inşallah, bu yaxınlarda onu da təqdim edəcəyəm.
Doğrudur, mən sənədlərimi bitərəf olaraq təqdim etmişdim. Çünki partiyanın bildiriş vərəqəsi tələb olunurdu. Həmin vaxt bildiriş vərəqəm olmadığı üçün və vaxt itirməmək məqsədilə bitərəf kimi namizədliyimi irəli sürdüm. YAP-ın üzvü olmasam belə, onun işığı hər zaman mənim qəlbimdə parlayacaq.

Siyasətdə udmağı da, uduzmağı da bacarmaq lazımdır. Lakin məni saxtakarlqıdda ittiham etmək haqsızlıqdır. Məni təhdid edən insanların adını açıqlamaq isə mənim üçün gec deyil".

Elza Seyidcahan "Müxalif partiyanın üzvü olmaq istərdinizmi?" sualını bu cür cavablandırıb: "Mən YAP-dan başqa heç bir partiyanın üzvü olmaram, xüsusən də müxalif. Siyasəti şoulaşdırmaq olmaz. Mən siyasətə gələcəm və siyasətə yeni rəng qatacam".

Qeyd edək ki, 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyi qeydə alınmayan bəstəkar-müğənni Elza Seyidcahanın deputatların 3 ay bundan əvvəl təsdiq olunması barədə verdiyi açıqlaması mətbuatda geniş əks-səda doğurmuşdu. Əməkdar artist namizədliyini irəli sürdüyü dairədən ona kimlərin deputat olacağı ilə bağlı siyahının göstərildiyini, bu səbbədən məcburi surətdə namizədliyini geri götürməsi üçün ona qarşı təzyiqlər olduğunu bildirmişdi.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.