Şou-biznes

Könül Türkiyəyə qayıtdı - FOTO

9 Oktyabr 2015 20:50
222 Şərh     Baxış: 8 562
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aktrisa Könül Nağıyeva Türkiyəyə qayıdıb. 

Milli.Az bildirir ki, gecce.az xəbər verir ki, o, qardaş ölkədə yeni serialda çəkilir. Bakı üçün darıxsa da, aktrisa iş həyatını axsatmamaq üçün uzun müddətli Türkiyədə yaşayacağını bildirib:

"Bu gedişim uzun müddətli olacaq. İndi həyatımın gündəmindəki hadisə yeni filmimdir. Mən artıq Türkiyədə ikinci filmdə çəkilirəm. Bu, komediya filmi olacaq. Adı "Kız kaçıran"dı. Çəkilişlər İstanbulda olacaq. Bununla yanaşı artıq türk dili kurslarına gedirəm. Düzdür, yaxşı danışıram, amma qrammatikasında çətinliyim olur. Onları düzəltməyə çalışıram. Müəllimim deyir ki, bir azdan hamımızdan daha yaxşı danışacaqsan. Ümumiyyətlə, ora öyrəşmək mənim üçün çətin olmadı. Çünki mən dörd il Moskvada, bir ay yarım isə Nyu-Yorkda tək yaşamışam". 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.